Beləcə (Məryəm) onlarla öz arasına bir pərdə çəkmişdi. Biz də Öz ruhumuzu onun yanına göndərdik, ona tam bir insan surətində göründü. (Məryəm surəsi, 17)
Məryəm dedi: “Mən səndən Rəhman olan Allaha sığınıram. Əgər Allahdan qorxursansa, (mənə toxunma)!” (Məryəm surəsi, 18)
“Həqiqətən, mən sənə tər-təmiz bir oğlan uşağı bəxş etmək üçün Rəbbinin göndərdiyi bir elçiyəm!” - dedi. (Məryəm surəsi, 19)
(Bu,) Rəbbinin Zəkəriyyə bəndəsinə olan mərhəmətinin yad edilməsidir! (Məryəm surəsi, 2)
dedi: “Belədir, ancaq Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və tərəfimizdən bir mərhəmət mənbəyi edəcəyik. Bu, əzəldən qərarı verilmiş bir işdir!” (Məryəm surəsi, 21)